012 561 82 98
    012 561 78 76
        info@nurbread.com

         

        HAQQIMIZDA

        “İsrafiloğlu” MMC 2009-cu ildən fəaliyyətə başlamışdır. Istehsal edilən məhsul 2010-cu ildən “NUR” çörək(zavod çörəyi) əmtəə nişanı altında istehlakçılara təqdim  edilir. Zavodumuz müasir standartlara uyğun inşa edilib və ən müasir çörək bişirmə sobaları ilə təchiz olunub. Bu da öz növbəsində çörəyin tam standartlara uyğun bişirlməsini təmin edir. Zavoda Moskva və Kiyevdə qida sənayəsi üzrə təhsil almış təcrübəli mütəxəssislər cəlb olunmuşdur. Çörəyimiz zavod rəhbərliyi və mütəxəssislərinin səyi nəticəsində qısa müddət ərzində istehlakçların rəğbətini qazanmışdır. Çörək istehsalında  inovativ üsullardan istifadə edilməsi  müəssisəmiz fəaliyyətinin prioritet isdiqamətlərindəndir. Müəssisənin maksimal istehsal gücü gündəlik 100 ton çörək təşkil edir. Çörəyin hazırlanma və bişmə prosesi respublikada analoqu olmayan unikal italyan resepti BİGA (opara) əsasında  aparılır. BİGA (opara) resepti  ilə istehsal olunmuş çörəyin tərkibində faydalı turşular və vitaminlər təbii halda yaranır. 2010-cu ildən etibarən respublikada ilk olaraq çörəyin kağız paketlərlə  qablaşdırılması həyata keçirilməkdədir. Bu da öz növbəsində çörəyin təravətli qalmasını təmin edir və gigiyena standartlarına cavab verir. Müəssisəmiz fəaliyyətində kollektiv iş prinsipinə əsaslanır.